Ötən gün 33 kiloqrama yaxın narkotik aşkarlanıb

10:51 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub.

 

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.